Bia.Az

Təyyarə eniş edərkən alovlandı: ölənlər var - Video

Dünya
 2-01-2024, 18:17     203

Yaponiya Hava Yollarına məxsus təyyarə Tokiodakı Haneda Beynəlxalq Hava Limanında eniş edərkən alovlanıb.

Axar.az xəbər verir ki, bu barədə NHK televiziyası görüntü yayıb.

Bildirilib ki, təyyarə uçuş-enmə zolağından çıxıb. Hadisə yerinə yanğınsöndürənlər gəlib.

Yanan təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri (təxminən 400 nəfər) təxliyə edilib.

***

Təyyarənin 6 ekipaj üzvündən 5-i yanğın zamanı həlak olub.
Bu barədə Yaponiya mediası məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl ekipaj üzvlərinin təxliyə edilməsi ilə bağlı məlumat yayılmışdı.

***

Sərnişin təyyarəsinin Haneda hava limanının uçuş-enmə zolağında Sahil Mühafizə Xidmətinə məxsus təyyarə ilə toqquşması nəticəsində azı 17 sərnişin xəsarət alıb.

Məlumatı NHK yayıb.

Bildirilib ki, yanğının söndürülməsi üçün əraziyə 100-dən çox yanğınsöndürən maşın cəlb edilib.

Həyatını itirən 5 nəfər Sahil Mühafizə Xidmətinə məxsus təyyarənin ekipaj üzvləri olub.

Kapitan isə ağır xəsarət alsa da, təyyarəni tərk edə bilib.

скачать dle 12.1