Bia.Az

Yaponiyada İmperator sarayında tədbirlər ləğv olundu

Dünya
 2-01-2024, 01:39     267

aponiya İmperator Evi Tokioda imperator Naruhito və imperator ailəsinin digər üzvlərinin iştirakı ilə yanvarın 2-də keçirilməli olan Yeni il tədbirlərini ləğv etmək qərarına gəlib.

Axar.az xəbər verir ki, müvafiq qərar Yeni il günü ölkədə baş vermiş silsilə güclü zəlzələlərlə bağlı vəziyyət nəzərə alınaraq qəbul edilib.
İmperatoru təbrik etmək Yaponiyada Yeni ilin əsas adətlərindən biridir. Ənənəyə görə, monarx və ailə üzvləri ziyarətçiləri İmperator sarayının gülləkeçirməz şüşə ilə bağlanmış eyvanından qarşılayır.

Qeyd edək ki, Yaponiyanın mərkəzində ən güclüsü 7,6 bal olan bir neçə zəlzələ baş verib. Nəticədə 4 nəfər ölüb, 30 nəfər isə yaralanıb.скачать dle 12.1