Bia.Az

Bayden 2023-cü ildə ABŞ-ın əsas nailiyyətləri sırasında Ukraynanın müdafiəsini göstərib

Dünya
 1-01-2024, 19:00     227

ABŞ prezidenti Ukrayna, İsrail və digər tərəfdaşların xarici təcavüzdən qorunmasını ABŞ-ın 2023-cü ildə əldə etdiyi əsas nailiyyətlərdən biri adlandırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Co Bayden "X" sosial platformasındakı rəsmi səhifəsində yazıb.

“Biz İsrail, Ukrayna və bütün dünyada müttəfiqlərimizin və tərəfdaşlarımızın müdafiəsinə qalxdıq və bütün dünyada ittifaqlarımızı gücləndirdik”, - deyə Bayden administrasiyasının ötən il ərzində əldə etdiyi əsas nailiyyətləri sadalayan sənəddə qeyd edib.

ABŞ prezidenti bu barədə “Daxildə və xaricdə demokratiyanın gücləndirilməsi” bölməsində yazıb. 2023-cü ilin digər nailiyyətləri arasında Bayden hökumətinin inflyasiya ilə mübarizə, iqlim böhranının aradan qaldırılması, Amerikaya investisiyaların artırılması, yeni iş yerlərinin yaradılması, ali təhsilə çıxışın genişləndirilməsi, ölkədə zorakılığın azaldılması və s. işləri misal göstərilib.

2023-cü ilin son günlərində ABŞ administrasiyası bir daha təsdiqləyib ki, Amerika azadlığın tərəfdarıdır, işgəncə və zülmə qarşıdır, həmçinin Rusiyanın silahlı təcavüzünə qarşı mübarizədə Ukrayna xalqını dəstəkləməyə davam edəcək.скачать dle 12.1