Cənubi Koreya KXDR-lə sərhəddə ilin ilk artilleriya təlimlərini keçirib

Koreya Respublikasının hərbçiləri bu il Koraya Xalq Demokratik Respublikası (KXDR) ilə həmsərhəd bölgədə ilk artilleriya təlimlərini keçirib.
Bizimyol.info xəbər veririr ki, bu barədə "Yonhap" xəbər agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb."İlin ilk artilleriya atəşi təlimində biz böyük təxribatlar zamanı dərhal yerindəcə cavab verməyə hazır olduğumuzu və qabiliyyətimizi bir daha təsdiqlədik", - deyə kapitan Baek Jong-can bildirib.
Manevrlərdə piyada diviziyasının artilleriya briqadasından 330-a yaxın əsgər iştirak edib. Onlar KXDR ilə sərhədin mərkəzi hissəsində yerləşən poliqona 150-yə yaxın mərmi atıblar. Təlim ssenarisinə əsasən, Cənubi Koreya tərəfi cavab tədbirləri həyata keçirirdi. K9 və K55 A1 özüyeriyən silahlardan istifadə edilib.
Şimali Koreya lideri Kim Çen In Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin plenumunda çıxışı zamanı bildirib ki, 2023-cü ildə ABŞ, Cənubi Koreya və Yaponiya arasında birgə təlimlərin sayı iki dəfə artıb. O, Vaşinqtonu strateji aktivlərin - nüvə sualtı qayıqlarının, strateji bombardmançı təyyarələrin daimi yerləşdirilməsi vasitəsilə Cənubi Koreyanı "ABŞ-ın irəli hərbi bazasına və nüvə arsenalına" çevirdiyinə görə tənqid edib.
Kim Çen In bildirib ki, Koreya Fəhlə Partiyası artıq Koreya Respublikası ilə dialoq yolu ilə sülh yolu ilə birləşməyi mümkün hesab etmir. O, qeyd edib ki, KXDR və Koreya Respublikası nəhayət bir-birinə “düşmən dövlət” olublar. Eyni zamanda, onun sözlərinə görə, KXDR silahlı qüvvələri fövqəladə vəziyyət yarandıqda Koreya Respublikasının “bütün ərazisini sahib olduğu yeni raketlərlə, hətta nüvə silahının köməyi ilə də qorumağa” hazır olmalıdır.