Bia.Az

Seçki Komissiyası Xanın deputatlığa namizədliklə bağlı müraciətini rədd edib

Dünya
 31-12-2023, 01:16     354

3 illik həbs cəzası səbəbindən həbsdə olan Pakistanın keçmiş baş naziri İmran Xan dekabrın 21-də deputatlığa namizəd olmaq üçün ölkənin Seçki Komissiyasına müraciət edib.

Bizimyol.info xəbər verir ki, Pakistanın Seçki Komissiyası, Xanın məhkumluğunu əsas gətirərək, onun konstitusiyaya görə parlamentə namizəd ola bilməyəcəyini açıqlayıb. Xanın vəkili Azhar Siddique qərara etiraz edəcəklərini bildirib.

Keçmiş baş nazirin digər vəkili Rai Məhəmməd Əli Xanın namizədlik ərizəsinin rədd edilməsini Pakistana qarşı ədalətsizlik kimi qiymətləndirib. Əli: "Biz şəffaf seçki istəyirik. Bu vəziyyətlər seçkidən qaçmaq üçün qəsdən yaradılır. Hamısı qorxur. Biz onları qaçmağa qoymayacağıq", - deyə qeyd edib.

Seçki Komissiyası Xanın keçmiş kabinet üzvlərinin ərizələrini də rədd edib. İmran Xan avqustun 5-də mühakimə olunduğu korrupsiya işi üzrə məhkəmə onun barəsində həbs qərarı çıxardıqdan sonra polis tərəfindən tutularaq həbsxanaya göndərilib.

Keçmiş baş nazir İmran Xanın mühakimə olunduğu korrupsiya işi çərçivəsində verilən 3 illik həbs cəzası avqustun 29-da təxirə salınıb və keçmiş hökumaə rəhbərinin girov müqabilində sərbəst buraxılmasına qərar verilib. Lakin avqustun 30-da hakim Əbülhəsnət Zülkərneyn prokurorluğun tələbi ilə “dövlət sirrini açmaqda” ittiham olunan İmran Xanın həbs müddətini uzadıb.

Vəkil Qohar Xan dekabrın 2-də İmran Xanın partiyası olan Pakistan Ədalət Hərəkatının (PTI) yeni sədri olub.скачать dle 12.1