Zelenski Rusiya ilə danışıqlar məsələsinə son qoyub, Kreml ultimatumu qəbul edəcək

Prezident Vladimir Zelenskinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak Rusiya ilə danışıqlar məsələsinə son qoydu - o, heç bir şey olmayacağını söylədi.
Bizimyol.info xəbər verir ki, Podolyak "Nataliya Moseyçuk ilə VİP" layihəsinin efirində deyib ki, Rusiya tərəfinə ultimatum təqdim olunacaq və o, bunu qəbul edəcək.“Heç bir danışıqlar olmayacaq. Sözün klassik mənasında. Rusiya Federasiyasına dərhal ən yüksək səviyyədə ultimatum tələbləri olacaq və Rusiya onları qəbul edəcək”, - deyə aparatının rəhbərinin müşaviri bildirib.
Ukrayna rəsmisi əlavə edib ki, bu, paradoks deyil, bizim ölkəmizdə aparılan müharibənin obyektiv inkişafıdır: “Bu, böyük, kütləvi, gərgin, ağır, qanlı prosesdir. Ölkənin bütün resursları bu prosesdə iştirak edir. Qərb tərəfdaşlarımız isə müzakirələr aparacaqlarına baxmayaraq, daha çox resurslardan istifadə edərək mühaqişənin Ukraynanın ərzi bütövlüyü çərçivəsində sona çatırmasına yardıb edəcəklər”, - deyə qeyd edib.
"Tammiqyaslı işğalın əvvəlində Ukrayna və Rusiya Federasiyasının nümayəndələri arasında danışıqlar gedirdi və Rusiya tərəfi hətta danışıqlar prosesi zamanı atəşkəsdən imtina edərək cəbhəyə daha hərbi güc toplamağa vaxt qazandı" - deyə o əlavə edib.
Bu il noyabrın sonunda “Xalqın xidmətçisi” fraksiyasının lideri David Araxamia bildirib ki, Rusiya hakimiyyəti Kiyevin NATO-ya üzv olmaqdan imtinaya razılıq verəcəyi təqdirdə ukraynalılara qarşı genişmiqyaslı müharibəni dayandırmağa söz verib. Siyasətçi vurğulayıb ki, ruslara inanmırlar və inanmayacaqlar.
Deputat qeyd edib ki, hazırda Ukrayna hakimiyyəti işğalçılar tərəfindən ələ keçirilən bütün torpaqları Rusiya Federasiyasından geri almaq əzmindədir.