Bia.Az

SON ANDA! Belqradda vəziyyət yenidən gərginləşdi: Minlərlə müxalifət tərəfdarı paytaxt küçələrinə çıxdı

Dünya
 30-12-2023, 20:21     331

“Serbiya zorakılığa qarşı” müxalifət koalisiyasının bir neçə min tərəfdarı Belqradın mərkəzində, “Moskva” otelinin yaxınlığında növbəti etiraz aksiyası keçirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat verib.

Camaat Terazije küçəsindəki yolu tutub, polis yaxınlıqdakı bir neçə küçədə nəqliyyatın hərəkətini dayandırıb. Etiraz aksiyasının təşkilatçıları müxalifət hərəkatının liderlərinin iştirakçılara müraciət etmək üçün səhnə hazırlayıblar. Etirazçılar mitinqə Serbiya və Avropa İttifaqının bayraqları ilə gəliblər.

Daha sonra onlar Konstitusiya Məhkəməsinin binası qarşısına hərəkət ediblər. Toplaşanlar paytaxtın mərkəzi küçələri ilə yürüş təşkil edib, daha sonra Konstitusiya Məhkəməsi ilə respublika parlamenti arasındakı yolların kəsişməsində toplaşıblar. Etiraz musiqi ilə müşayiət olunur. Polis aksiyanın keçirildiyi ərazinin ətrafındakı bir neçə küçəni bağlayıb, paytaxtda bir neçə istiqamətdə ictimai nəqliyyatın hərəkəti dayandırılıb.
Daha sonra “Serbiya zorakılığa qarşı” müxalifət koalisiyasının bir neçə min tərəfdarı Belqradın mərkəzində Konstitusiya Məhkəməsi binası yaxınlığında etiraz aksiyası keçirib. Aksiya təşkilatçıları səhnədən etirazların başa çatdığını elan edərək, hamını evlərinə getməyi xahiş ediblər. Paytaxtın mərkəzi küçələri ilə keçirilən yürüşdən sonra etirazçılar yolu tərk edirlər.

Aksiya ölkənin bir sıra ərazilərində təşkil olunmuş təkrar parlament və bələdiyyə seçkiləri fonunda baş tutub. Respublika Seçki Komissiyası əvvəllər dekabrın 17-də keçirilmiş seçkilərlə bağlı şikayətlərlə əlaqədar dekabrın 30-da 8300-dən çox seçki məntəqəsindən 35-də təkrar səsvermənin keçiriləcəyini bildirmişdi. Bələdiyyə səviyyəsində təkrar səsvermə proseduru üç seçki məntəqəsində keçiriləcək. MSK əlavə olaraq yanvarın 2-də də səkkiz seçki məntəqəsində təkrar səsvermənin keçiriləcəyini açıqlayıb.

“Serbiya Zorakılığa Qarşı” blokunun nümayəndələri dekabrın 17-də ölkədə keçirilən parlament və bələdiyyə seçkilərinin nəticələrinin saxtalaşdırıldığını iddia edirlər.

Dekabrın 18-də müxalifət Respublika Seçki Komissiyasının binası yaxınlığında silsilə mitinqlərə başlayıb, dekabrın 24-də isə Belqrad şəhər administrasiyasının binasına basqın etməyə cəhd ediblər.

Polis iğtişaşları yatırıb və 38 nəfər saxlanılıb. Serbiya prezidenti Aleksandr Vuçiç Belqrad administrasiyasını ələ keçirmək cəhdini respublikanın suverenliyinə qəsd adlandırıb, ölkənin baş naziri Ana Brnabiç isə Moskvanın Belqradı potensial iğtişaşlarla bağlı xəbərdar etdiyini bildirib.скачать dle 12.1