Bia.Az

Cənubi Afrika İsraili "soyqırım"la bağlı məhkəməyə verlməsini tələb edən ilk ölkə olub

Dünya
 30-12-2023, 13:30     203

Cənubi Afrika Respublikası İsrailin 7 Oktyabrdan bəri Qəzzada törətdiyi hərəkətləri 1948-ci il Birləşmiş Millətlər Təşkilatının (BMT) Soyqırımın qarşısının alınması və cəzalandırılmasına dair Konvensiyasını pozması səbəbi ilə Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) iddia qaldırmasını tələb edən, Təl-Əvivin cavabdet qismində tanınması üçün addım atılan faktiki ilk ölkə olub.

Bizimyol.info xəbər verir ki, Fələstinin Xarici İşlər Nazirinin Birləşmiş Millətlər (BMT) və Beynəlxalq Təşkilatlar üzrə müavini Ömər Avadallah Türkiyə mətbuatına verdiyi açıqlamada Cənubi Afrikanın atdığı addımı alqışladıqlarını bildirib.

Cənubi Afrika və Fələstinin “Soyqırımın qarşısının alınması və günahkarın cəzalandırılmasına dair Birləşmiş Millətlər Təşkilatının (BMT) 1948-ci il Konvensiyasına” üzv olduğunu xatırladan Avadallah: “Bu addımın əhəmiyyəti ondan ibarətdir ki, bu, İsrailin törətdiyi soyqırım cinayətinin beynəlxalq sistemin ən mühüm məhkəməsi olan BƏM-in qarşısına çıxarılması üçün atılan aktual addımdır”,- deyə bildirib.

Avadallah: “Bu, sadəcə bəyanat deyil, real addımdır. Bir çox ərəb və xarici ölkə İsrailin hərbi cinayət törətdiyini bəyan edib, lakin indiyə qədər beynəlxalq sistem daxilində İsraili məsuliyyətə cəlb etmək və bu cinayətə görə cəzalandırmaq üçün addımlar atan ilk ölkə Cənubi Afrikadır”, - deyə qeyd edib.

Cənubi Afrikanın müqavilənin "təcili ehtiyat tədbirlərinin görülməsini nəzərdə tutan" maddəsini aktivləşdirdiyini qeyd edən Avadallah bunun istintaq bitməmiş İsrailin hücumlarını dayandırmaq üçün məhkəmədən sürətli addımlar atmasını istəməsi anlamına gəldiyini bildirib.
Digər tərəfdən, Fələstin Xarici İşlər Nazirliyi yazılı açıqlamada Beynəlxalq Ədalət Məhkəməsindən Cənubi Afrikanın "soyqırım cinayətinin qarşısını almaq üçün təcili tədbirlər görmək" tələbinə dərhal cavab verməsini istəyib. Nazirlik məhkəməni hücumların dayandırılmasına qərar verməyə və bu cinayətdə şərik olan dövlətləri dayandırmağa çağırıb.

BƏM-nin dünən verdiyi yazılı açıqlamada, Cənubi Afrikanın İsrailin Qəzza zolağında fələstinlilərə qarşı “Soyqırım Konvensiyası” çərçivəsində götürdüyü öhdəlikləri pozduğu əsası ilə müraciət etdiyi təsdiqlənib. Cənubi Afrikanın "7 oktyabr 2023-cü il tarixindən bu yana soyqırımın qarşısını ala bilmədiyi və soyqırıma yönəlik birbaşa, açıq təxribatları təqib etmədiyi" səbəbiylə İsrailə qarşı qadağa tələb etdiyi bildirilib.
Soyqırım Konvensiyasının 9-cu maddəsinə əsasən, əgər dövlət konvensiyanın maddələrini pozubsa, konvensiyaya qoşulan istənilən dövlət pozan dövlətə qarşı BƏM-də iddia qaldıra bilər. Təcili hallarda BƏM məhkəmə prosesi başa çatana qədər sözügedən pozuntuların dayandırılmasını əmr edərək, müvəqqəti qərar verə bilər.скачать dle 12.1