Bia.Az

İsrail ordusu Qəzzanın şimalında HƏMAS liderinin qərargahını vurub

Dünya
 30-12-2023, 10:54     214

İsrail ordusu Qəzza zolağının şimal hissəsində radikal Fələstinin HƏMAS hərəkatı rəhbərliyinin qərargahını və ona bağlı tunellər şəbəkəsini aşkar edilərək məhv edib.


Bizimyol.info xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat verib.

“14-cü Ehtiyat Briqada Döyüş Komandası HƏMAS terror təşkilatının lideri Yəhya Sinvarın Qəzza zolağındakı sığınacaqlarından birini aşkar edərək məhv edib. Qərargah Qəzza zolağının şimalındakı Qəzza şəhəri yaxınlığında yerləşirdi. Əlavə texniki vasitələrdən istifadə etməklə mənzilə baxış keçirən hərbçilər birinci mərtəbədə tunel şaxtasının olduğunu müəyyən ediblər. Əsgərlər binaya baxış keçirib və HƏMAS-ın hərbi və siyasi qanadlarının rəhbərliyinin istifadə etdiyi möhkəmləndirilmiş tunel tapıblar”, - bəyanatda deyilir.

Mətbuat xidməti qeyd edib ki, mənzil Həmas terror təşkilatının rəhbərliyinin üzvlərinin keçdiyi uzun və geniş tunellər şəbəkəsinin bir hissəsidir: “Val 218 m uzunluğunda və təxminən 20 m dərinlikdə tunelə aparırdı. Tuneldə elektrik şəbəkəsi, havalandırma və kanalizasiya infrastrukturu, sığınacaqlar, ibadət otaqları və istirahət otaqları yerləşirdi. Tunel elə tikilib ki, insan uzunmüddətli döyüş əməliyyatları zamanı orada qala və döyüşlərin idarə edilməsi üçün istifadə edilə bilər. Aparılan əməliyyat tədbirləri nəticələrində tunel dağıdılıb”, - deyə mətbuat xidmətindən bildiriblər.скачать dle 12.1