Bia.Az

ABŞ BMT-nin iclasında ukraynalıları tərk etməyəcəyini bəyan edib

Dünya
 30-12-2023, 10:46     171

"ABŞ Ukraynanı dəstəkləyəcək və onun xalqını tərk etməyəcək".


Bizimyol.info xəbər verir ki, bu bəyanatla cümə günü ABŞ-ın BMT-dəki missiyasının siyasi məsələlər üzrə baş müşaviri Con Kelli çıxış edib.
“Biz öz azadlıqları, ölkələri, habelə BMT Nizamnaməsində göstərilən dəyərlər və prinsiplər uğrunda mübarizə aparan cəsur ukraynalıları tərk etməyəcəyik”, - deyə o, BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

BMT Təhlükəsizlik Şurasının iclası Ukraynadakı hədəflərə raket hücumu ilə bağlı Kiyev hakimiyyətinin və bir sıra Qərb ölkələrinin tələbi ilə çağırılıb.

Dekabrın 27-də ABŞ dövlət katibi Antoni Blinken Ukraynaya bu ilin sonuncu hərbi yardım paketinin 250 milyon dollara ayrıldığını açıqlayıb. Bu yaxınlarda Nümayəndələr Palatasında və Konqres Senatında bir neçə respublikaçı Kiyevə maliyyə yardımının davam etdirilməsinin əleyhinə çıxış ediblər. Aşağı Palata spikeri Mayk Conson Ukraynaya əlavə yardım etməkdənsə, həmin vəsaitin ABŞ-ın cənub sərhədində nəzarətin gücləndirilməsinə yönəltmək niyyəti barədə bir neçə dəfə xəbərdarlıq edib. Senatda azlıqların lideri Mitch McConnell (Kentukki) də oxşar şəkildə danışıb.

Dekabrın 6-da Ukrayna və İsrailə yeni böyük yardım, habelə Asiya-Sakit okean regionunda Rusiya və Çinə qarşı mübarizə haqqında qanun layihəsi Senatda prosedur səsverməsindən keçmədi, baxmayaraq ki, ABŞ prezidenti Co Bayden xüsusi müraciətində, qanunvericiləri Milad bayramlarına getməzdən əvvəl bu xərcləri təsdiqləməyə çağırıb. Bununla belə, Konqresin yuxarı palatasına nəzarət edən Demokratlar bu qanun layihəsini yenidən baxılmaq üçün təqdim etmək imkanını saxladılar.

Dekabrın 23-dən 29-dək Rusiya Ukrayn Silahlı Qüvvələrinin hərbi-sənaye kompleksi obyektlərinə, hərbi aerodrom infrastrukturuna, arsenallara və rtilleriya sursatları, pilotsuz katerlər, silahlar, hərbi texnika üçün yanacaq anbarı və digər obyektlərinə dəqiq silahlar, eləcə də, pilotsuz uçuş aparatları ilə 50-dən çox zərbə endirib.скачать dle 12.1