Bia.Az

ABŞ senatoru İrana zərbə endirməyi təklif edir

Dünya
 29-12-2023, 11:35     316

ABŞ Konqresinin Cənubi Karolinadan olan Respublikaçı senatoru Lindsey Graham Tehranın Yəmən husi üsyançılarına iddia edilən dəstəyinə görə İrandakı bir neçə hədəfə zərbə endirməyi təklif edib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə "Fox News"a müsahibəsində deyib.

“Husilər İran tərəfindən tam dəstəklənir, mən altı aydır deyirəm ki, İrana zərbə endirin. Onların neft yataqları var, kosmosdan görünən İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) qərargahı var. Bunları yer üzündən silin”, - deyə senator bildirib.

İsrailin Qəzza zolağında əməliyyatı başladıqdan sonra husilər bunu bildiriblər ki, İsrail ərazisinə hücum edəcək və Fələstin anklavında hərbi əməliyyatlar dayandırılana qədər onunla əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcək.

Buna cavab olaraq ABŞ səlahiyyətliləri gəmilərin naviqasiya azadlığını və təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizdə “Prosperity Guardian” əməliyyatına başlamaq niyyətlərini açıqlayıblar. Əməliyyatda ABŞ-dan başqa, Bəhreyn, Böyük Britaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Hollandiya, Norveç, Seyşel adaları və Fransa da iştirak etməlidir.

Bundan əvvəl BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik demişdi ki, Yəmən husi üsyançılarının Qırmızı dənizdə gəmilərə hücumlarının artması beynəlxalq ticarətə ciddi ziyan vura və ekoloji fəlakətə səbəb ola bilər.скачать dle 12.1