Bia.Az

Ermənistanı təhdid etdi - “İtirəcəyimiz heç nə yoxdur...”

Dünya
 27-12-2023, 01:09     256

Rusiya Ermənistanın ona qarşı addımlarına adekvat cavab vermək məcburiyyətində qala bilər.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Pritçin deyib.

Onun sözlərinə görə, Ermənistanın Rusiyaya qarşı təbliğatın aparılması təsadüfi deyil, planlı işin tərkib hissəsidir:

“Bu, Ermənistan hakimiyyətinin axır vaxtlarda Rusiya ilə qarşılıqlı fəaliyyətin tədricən azaldılması və Qərb dövlətləri ilə əlaqələrin gücləndirilməsi tendensiyası ilə bağlıdır. Mənə elə gəlir ki, bu, Paşinyanın Qarabağdakı məğlubiyyətin və danışıqlar prosesinin məsuliyyətini Rusiyanın üzərinə atmaq istəyindən maksimum yararlanmağa çalışan Qərb tərəfdaşlarının şərtlərindən biridir.

Ermənistan hakimiyyəti hələlik KTMT və ya Avrasiya İqtisadi Birliyi üzvlüyünə xitam vermək üçün kəskin addım atmayıb.

Başa düşürlər ki, belə addımlar Ermənistan üçün çox ciddi sosial-iqtisadi təhlükələrlə doludur.

Bundan başqa, Rusiya ölkənin əsas infrastruktur müəssisələrində ticarət tərəfdaşı, investor və səhmdardır. Amma belə bir tendensiya var: nəhayət, Ermənistan ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərindən çıxmaq qərarına gələ bilər.

Düşünürəm ki, gec-tez Rusiya rəhbərliyi prinsipcə itirəcək heç nə olmadığını anlayaraq qarşılıqlı addımlar atmağa başlayacaq”.скачать dle 12.1