Bia.Az

Dneprin sol sahilində rusların qarşısı alındı

Dünya
 27-12-2023, 00:58     248

Ukrayna müdafiə qüvvələri Xerson vilayətində Dnepr çayının sol sahilində rus işğalçılarının hücumlarını uğurla dəf etməkdə davam edir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumatda bildirilib.

"Gün ərzində 59 hərbi toqquşma baş verib", - məlumatda deyilib.

Xüsusilə, Kupyanski istiqamətində ukraynalı müdafiəçilər Xarkov vilayətinin Sinkovka ərazilərində və Petropavlovkanın şimal-şərqində düşmənin 8 hücumunu dəf ediblər. Ruslar Xarkov vilayətinin Sobolevka yaxınlığında hava zərbəsi endiriblər. 10-a yaxın yaşayış məntəqəsi artilleriya və minaatanlardan, xüsusən Xarkov vilayətində Sinkovka, Petropavlovka, İvanovka, Berestovodan atəşə tutulub.скачать dle 12.1