Bia.Az

Lukaşenko: “Biz Ermənistanı itirə bilərik”

Dünya
 26-12-2023, 00:49     240

“Ermənistan iqtisadi cəhətdən ölmək istəyirsə, biz onu itirə bilərik”.

Bunu Avrasiya İqtisadi İttifaqının (Aİİ) Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitinə qatılan Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

“Amma düşünmürəm ki, ermənilər axmaq insanlardır” - deyə Lukaşenko əlavə edib.

O, həmçinin vaxtilə Ermənistanın baş naziri Nikol Paşinyanla söhbətində sonuncunun hərbi-siyasi ittifaq olan KTMT-dən incidiyini, lakin iqtisadi birlik olan Aİİ-nin fəaliyyətindən narazı olmadığını vurğulayıb.//Oxu.azскачать dle 12.1