Bia.Az

Terror dövlətinin yaranmasına imkan verməyəcəyik - Türk nazir

Dünya
 23-12-2023, 15:40     296

Türkiyənin terrorla mübarizəsi davam edəcək.

Axar.az xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Antalyada çıxışı zamanı deyib.

“Terror vasitəsilə Türkiyəni zəiflətmək istəyənlər məqsədlərinə çatmayacaqlar. Cənub sərhədimizdə terror dövlətinin yaradılmasına imkan verməyəcəyik. Bunun üçün ciddi mübarizə aparır, şəhidlər veririk”, - o bildirib.

Qeyd edək ki, İraqın şimalında terrorçuların hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub.скачать dle 12.1