Bia.Az

Obama sevimli kitablarının siyahısını paylaşıb

Dünya
 23-12-2023, 15:04     293

Sənətə olan marağına görə hər il sevimli filmlərini, mahnılarını və kitablarını paylaşan ABŞ-ın keçmiş prezidenti Barak Obama 2023-cü il üçün sevimlilərini sıralayıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, bu il də sevimli əsərlərini  paylaşan Obamanın siyahısına müxtəlif janrlarda çoxlu kitablar daxildir.

Siyahıya Ceyms MakBraydin “The Heaven & Earth Grocery Story”, Devid Qrannın “The Wager” və Jonathan Eig-in “King: A Life” kimi bestsellerlər daxildir.

2023-cü ilin yayında sevərək dinlədiyi mahnıları sosial media hesabında paylaşan Obama izləyicilərinə bir çox alternativ təklif edib. 61 yaşlı Obama, "Hər il olduğu kimi, bu yay dinlədiyim bəzi mahnılar köhnə və yeninin qarışığıdır. Darıxdıqlarımı eşitmək üçün səbirsizlənirəm" deyə bildirib.

Siyahıya Boygeniusun  "Not Strong Enough” əsərindən tutmuş Tina və Ike Turnerin "River Deep – Mountain High" (1966) kimi klassiklərə qədər bir çox fərqli janr daxil idi.
скачать dle 12.1