Bia.Az

Ukrayna prezidenti: “Əminəm ki, ABŞ bizə xəyanət etməyəcək”

Dünya
 20-12-2023, 01:47     239

Ukrayna prezidenti Vlodomir Zelenski ümid etdiyini bildirib ki, Avropa İttifaqı və ABŞ 2024-cü il üçün Ukraynaya planlaşdırılan maliyyə yardımı paketlərini təsdiq edəcəklər, baxmayaraq ki, bunun dəqiq nə vaxt baş verəcəyi sualı olaraq qalır.

“Report” Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Zelenski mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ukrayna maliyyə yardımı almaq üçün “çox gərgin” işləyir: “Əminəm ki, ABŞ bizə xəyanət etməyəcək, bizim ABŞ-la razılaşdığımız hər şey tam şəkildə həyata keçiriləcək”.скачать dle 12.1