Bia.Az

Ukraynanı onlara verib, necə yediklərinə baxacaqdıq?

Dünya
 20-12-2023, 01:29     235

Ukraynanın suverenliyi və bütövlüyünün yeganə təminatçısı Rusiya idi.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin Kollegiyasının genişləndirilmiş iclasında deyib.

“Rusiya Sovet İttifaqını yaradanda, sadəcə olaraq, əhalisi ilə birlikdə özünün böyük tarixi ərazilərini, nəhəng potensialını (Ukraynaya - red.) verdi və bütün bu əraziyə nəhəng sərvətlər yatırdı”, - deyə dövlət başçısı bildirib.

Kreml rəhbəri bildirib ki, Ukrayanın qərb əraziləri İkinci Dünya müharibəsindən öncə Polşaya məxsus olub:

"Tarix yenə də hər şeyi öz yerinə qoyacaq, Rusiya mane olmaq niyyətində deyil, lakin özününkünü verməyəcək.

Birləşmiş Ştatlar, necə ki, özləri deyir, Ukraynanı qoparıb, Rusiyanın Avropa ilə münasibətlərini pozdular, bu baxımdan, təəssüf ki, istədiklərinə nail oldular. Biz sadəcə olaraq, başqa cür davrana bilmədik. Ya da onların istədiyi hər şeyi verməli və onların bunu tam yeyərkən, necə çeynədiklərinə baxmalı idik? Bu, bizim, əsl Rusiya ərazimizdir. Biz bunu edə bilməzdik”.скачать dle 12.1