Bia.Az

Husilərdən Qırmızı dənizlə bağlı XƏBƏRDARLIQ - Hər 12 saatdan bir...

Dünya
 19-12-2023, 16:41     237

Yəmən husiləri hər 12 saatdan bir Qırmızı dənizdə ticarət gəmilərinə hücum edəcəklərini bildirib.

Musavat.com xəbər verir ki, bunu üsyançı hərəkatın nümayəndəsi Məhəmməd Əbdül Salam "Əl-Cəzirə" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Qırmızı dəniz bölgəsində dəniz əməliyyatları tam sürətlə davam edir.

"Əməliyyatların ən azı 12 saatdan bir həyata keçiriləcəyini güman edirik", - Salam deyib.

Qeyd edək ki, bundan əvvəl Pentaqon rəhbəri Lloyd Ostin Qırmızı dəniz və Ədən körfəzini husilərin ticarət gəmilərinə hücumundan qorumaq üçün əməliyyata başladığını açıqlayıb. Onun sözlərinə görə, ABŞ-a Bəhreyn, Britaniya, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Seyşel adaları və Fransadan olan qüvvələr qoşulacaq.

Xatırladaq ki, yəmənli üsyançılar noyabrın ortalarında İsrailin Qəzza zolağındakı əməliyyatlarına cavab olaraq Qırmızı dənizdə “Galaxy Leader” gəmisini ələ keçirib və onun ekipajını əsir götürüb. 

Bu günə qədər dörd böyük Avropa şirkəti Süveyş kanalı ilə müxtəlif yüklərin daşınmasından artıq imtina edib. Avropa ölkələri artıq Qırmızı dənizə hərbi gəmilər göndərməyə hazırlaşır.скачать dle 12.1