Bia.Az

Ukrayna Putinin “Xəncər”ini sındırıb

Dünya
 19-12-2023, 16:39     227

Ukrayna raket əleyhinə müdafiə sistemi Vladimir Putinin “super silahları”ndan sayılan “Kinjal” (Xəncər) raketlərini vurmağı bacarıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı kəşfiyyat hesabatında deyilir.

Britaniyalı analitiklərin verdiyi məlumata görə, 2023-cü il dekabrın 14-də Rusiya Hərbi Hava Qüvvələri bu ilin avqustundan bəri ilk dəfə “Kinjal” ballistik raketindən istifadə edib. Əsas hədəf strateji əhəmiyyətli aerodrom olub. Belə görünür ki, Putinin çox öyündüyü “Xəncər” havadaca Ukrayna hərbçiləri tərəfindən dayandırılıb.

Qeyd edək ki, “Xəncər” Rusiya prezidenti Vladimir Putinin 2018-ci ildə elan etdiyi 6 “super silah” növündən biridir. Bu raketlər Rusiyanın gələcək hərbi doktrinasında mühüm rol oynamalıdır. Rusiya bu silahlardan yüksək əhəmiyyət daşıyan və yaxşı qorunan hədəflərə qarşı istifadə edir. Lakin britaniyalı analitiklər “Xəncər”lərin olduqca uğursuz şəkildə tətbiq olunmasına diqqət çəkiblər. Onların sözlərinə görə, həmin sistemdən olan raket buraxılışlarının bir çoxu nəzərdə tutulan hədəflərə çata bilməyib.скачать dle 12.1