Bia.Az

Norveç can verən insan daşıyan Rusiya təyyarəsini enməyə qoymayıb

Dünya
 19-12-2023, 12:55     232

Moskvadan Kubaya uçan Rusiyaya məxsus sərnişin təyyarəsi Norveçdə məcburi eniş edə bilməyib. Skandinaviya dövlətinin hava limanı sərnişinlərdən birinin vəziyyətinin ağır olmasına baxmayaraq, təyyarəyə eniş etməyi qadağan edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, təyyarənin göyərtəsində olan şəxs bir neçə saatlıq uçuşdan sonra özünü pis hiss etdiyindən şikayətlənib. Onun mədəsindəki yara açılıb və daxili qanaxma başlayıb.

Təyyarənin ekipajı sərnişini xilas etmək üçün ən yaxın Norveç hava limanından eniş üçün icazə istəyib, lakin rədd cavabı alıb.

Bununla əlaqədar olaraq təyyarə yalnız marşrutu qısaltmaq üçün Norveçin hava məkanından istifadə edərək Moskvaya qayıdıb. Eniş zamanı adam huşunu itirib və xəstəxanaya yerləşdirilmək üçün həkimlərə aparılıb.скачать dle 12.1