Bia.Az

Zəngəzurda Rusiyanın silah dolu yük maşını yandı - Foto

Dünya
 15-12-2023, 14:51     245

Ermənistanda Rusiya ordusuna məxsus döyüş sursatı və silahlarla dolu “KamAZ” markalı yük maşını yanıb.

Hadisə Zəngəzur (Sünik) ərazisində baş verib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, yanmış “KamAZ” markalı avtomobil Rusiya Silahlı Qüvvələrinin 102-ci bazasına məxsusdur.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi hələlik insidentlə bağlı şərh verməyib.скачать dle 12.1