Bia.Az

Vaşinqton Rusiya neftinə yeni zərbə hazırlayır

Dünya
 4-12-2023, 18:19     292

Avropa və ABŞ Rusiya neftinə növbəti zərbə vurmaq üçün Liberiya, Marşal adaları və Panamaya təzyiq göstərərək, onların neft şirkətlərinin rus neftinin satışında iştirakdan çəkindirməyə çalışır.

Musavat.com xarici mediaya istinad edərək xəbər verir ki, xammalın tavandan yuxarı qiymətlərlə tədarükü üçün tez-tez bu ölkələrin bayraqları ilə üzən tankerlərdən istifadə olunur. Ona görə də rəsmi Vaşinqton bu ölkələrin dövlət başçılarından bu cür taktikalardan çəkinməyi tələb edib.

Bildirilir ki, hər üç ölkə “bayraq dəyişikliyinə” neytral yanaşır. Bu proses Rusiya neftini tədarük etmək üçün yaradılmış saxta şirkətlərə məhdudlaşdırıcı tədbirlərdən yayınmağa imkan verir. 535 tankerin təxminən 40%-i Marşal adalarında qeydiyyatdan keçirilmiş şirkətlərə aiddir.

Agentlik əlavə edib ki, Qərb ölkələrindən gələn təklif məktublarında Liberiya, Marşal adaları və Panama əleyhinə təhdidlər yoxdur. Amma orada deyilir ki, belə gəmilərin heç bir sığortası və ya başqa xidmətləri olmadığına görə onlarla qarşılıqlı əlaqə müəyyən risklər daşıya bilər.скачать dle 12.1