Bia.Az

Ərdoğandan ŞOK AÇIQLAMA: Netanyahu mühakimə olunacaq

Dünya
 4-12-2023, 16:17     279

"İsrailin atom bombası varmı? Var. Amma soruşsanız, yox deyirlər. Biz bunun nə olduğunu çox yaxşı bilirik".

Musavat.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin (COMCEC) 39-cu Nazirlər Toplantısında çıxışı zamanı deyib.

Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunu ittiham edib və onun mühakimə olunacağını bildirib:

"İndi Qəzzanın qəssabına çevrilən Netanyahu təkcə hərbi cinayətkar deyil, eyni zamanda Miloşeviç mühakimə olunduğu kimi o da mütləq mühakimə olunacaq".

Türkiyə lideri vurğulayıb ki, Qəzzanın yenidən qurulması üçün hazırlıqlara indidən başlamaq lazımdır:

"Biz İsrailin Qəzzanı boşaltma siyasətinə qarşı çox açıq mövqe tutmalıyıq. Bu faktı bir daha fərqli ambisiyalar güdən İsrail idarəçilərinə xatırlatmaq istərdim. Qəzza Fələstin torpağıdır. Qəzza fələstinlilərə məxsusdur və əbədi olaraq belə qalacaq".скачать dle 12.1