Rusiya 76 təyyarəsindən məhrum oldu
Rusiya Qərbin tətbiq etdiyi sanksiyalar səbəbindən 76 sərnişin təyyarəsindən məhrum olub.
Bu barədə Rusiya nəqliyyat nazirinin müavini Vitali Savelyev bildirib.
"Təyyarələri götürmək istəyəndə gözlənilmədən təəccübləndik”, - nazir müavini qeyd edib.
V.Savelyev xatırladıb ki, Rusiyada hazırda 1167 sərnişin təyyarəsi istismar olunur.//Report