Bia.Az

Ərdoğan türk ordusunun bu ölkədə qalma müddətini uzadır

Dünya
 25-11-2023, 01:15     389

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentə ölkənin silahlı qüvvələrinin Liviyaya göndərilməsi üçün verilən icazənin müddətinin uzadılmasını təklif edib.

Axar.az xəbər verir ki, prezidentin Liviyada Türkiyənin hərbi kontingentin qalma müddətinin 24 ay uzadılması təklifi TBMM-yə təqdim edilib.

Qeyd edək ki, Türkiyə parlamenti ilk dəfə 2020-ci ilin yanvarında Liviyaya bir il müddətinə hərbçilərin göndərilməsinə icazə verib. Mandat vaxtaşırı uzadılır.скачать dle 12.1