Bia.Az

Bayden açıqladı: Bu, yalnız başlanğıcdır!

Dünya
 25-11-2023, 01:12     387

HƏMAS hərəkatının saxladığı növbəti girovlar qrupu noyabrın 25-də Qəzza sektorunu tərk edəcək.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden bildirib.

"Girovların bugünkü (24 noyabr - red.) azad edilməsi prosesin yalnız başlanğıcıdır. Biz sabah, o biri gün və növbəti gün daha çox girovların azad ediləcəyini gözləyirik", - Bayden bildirib.

Qeyd edək ki, 24 noyabrdan Qəzzada dördgünlük atəşkəs başlayıb. Ötən gün HƏMAS 25 girovu, İsrail isə 39 fələstinlini azad edib.скачать dle 12.1