Bia.Az

İranın parçalanması Türkiyə KİV-in gündəminə daşındı

Dünya
 17-10-2023, 10:56     362

Qarabağın hər güşəsində bayrağımızın dalğalanması olduqca böyük hadisədir. Biz bunu səbirsizliklə gözləyirdik.

Bu sözləri Axar.az-a Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının (GAMQH) rəhbəri Eldar Qaradağlı deyib.

15 oktyabrın dünya azərbaycanlıları üçün əhəmiyyətindən danışan Qaradağlı bildirib ki, Azərbaycan bu qələbəni 30 il sonra böyük çətinliklər bahasına əldə edib:

“Qarabağla bağlı illərdir baş tutan sammit və konfransların heç bir səmərə verməməsindən aydın olurdu ki, qələbə, ancaq Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun və xalqımızın gücü sayəsində əldə olunacaq. Belə də oldu. Həmçinin, dünya Azərbaycanın gücü ilə barışmalı oldu. Hətta Rusiya ölkəmizin bölgədə güc faktoru və söz sahibi olması reallığını qəbul etdi. Bundan sonra isə Azərbaycanın bütövləşməsi naminə çalışmalıyıq. Biz istər Güney, istərsə də Quzey olaraq heç vaxt torpaqlarımızın parçalanması ilə razılaşmamışıq. Heç bir müqavilə iradəmizə təsir etməyib. Milli psixologiyamız öz yerində olsa, keçmişdə olan məğlubiyyətimizi də qalibiyyətə çevirəcəyik. Çünki 30 illik işğalı sona çatdırdıq. Bundan ilhamlanıb daha böyük qələbələrə doğru istiqamətlənmişik. O işıqlı üfüqün mərkəzi Təbrizdir”.
İsrail-HƏMAS münaqişəsinə və İsrail-İran ziddiyyətinə toxunan partiya rəhbəri bildirib ki, bu müstəvidə İranın parçalanması, İslam Respublikasındakı xalqların, o cümlədən, güneylilərin müqəddəratının necə olacağı Türkiyə mediasının diqqətindədir:

“Bu günlərdə İsrail və HƏMAS münaqişəsinə, həmçinin, İsrail və İran qarşıdurmasına şahidlik edirik. Heç şübhəsiz ki, bu müharibənin arxasında İran rejimi dayanıb. Mənfur rejimin bu savaşda məqsədi dünyanın diqqətini üzərinə çəkmək idi. İllər boyu terror təşkilatları yaratdı. Bir gün onlarla da vidalaşıb, öz həyatına davam etsin deyə, savaşı bu nöqtəyə kimi gətirib çıxardı. Lakin onun qarşısında güclü İsrail dayanıb. İsrailin arxasında olan qüvvələr isə bu məsələni elə bir yerə gətirib çıxaracaqlar ki, bir ucu İrana dəyəcək. İran məsələsi artıq Azərbaycanın deyil, dünyanın diqqət mərkəzindədir. Son günlər Türkiyə televiziyaları Güney mövzusunu tez-tez iqıqlandırır. İran rejiminin gələcəyi və dağılmasının labüdlüyü müzakirə olunur. Tehran rejimi çökdükdən sonra İranda yaşayan və haqları tapdanan xalqlar öz azadlığına qovuşacaq. Biz də buna inanırıq. Üçrəngli bayrağımız Güney Azərbaycanı da başdan-başa bəzəyəcək. Bütövlüyümüz sözün əsl mənasında bir daha bərpa olunacaq. Dünya da bu gerçəkliyi qəbul etməyə məcburdur. Bölgədə sülhü Turan birliyi bərqarar edəcək. Bunu bizim indiki gəncliyimiz görəcək. Bütöv Azərbaycan bir nağıl deyil, gerçək olacaq”.скачать dle 12.1