Bia.Az

İran yenə hədələdi: Müharibə dayanmasa...

Dünya
 17-10-2023, 02:32     461

Qəzzada müharibə dayanmasa, İran müharibə cəbhələrini genişləndirəcək.

Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

Nazir Hizbullahın İsrail hədəflərinə artan hücumlarını istinad edərək bildirib ki, hər saat yeni bir müharibə cəbhəsinin açılma ehtimalı artır:

"İran sakit dayanıb bu vəziyyətin gedişatını seyr edə bilməz".

Qeyd edək ki, İran bundan öncə də bir neçə dəfə bu cür təhdidvari açıqlama verib.скачать dle 12.1