Bia.Az

Paşinyan da MDB-nin iclasından imtina etdi

Dünya
 10-10-2023, 17:15     273

Ermənistan Baş naziri Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının oktyabrın 13-də Bişkekdə keçiriləcək iclasında iştirak etməyəcək.

Axar.az xəbər verir ki, Paşinyan bu barədə Qırğızıstan Prezidenti Sadır Japarovla telefon danışığında bildirib.

Məlumata görə, söhbət zamanı Ermənistanın baş naziri bəyan edib ki, bir sıra şərtlərə görə iclasda iştirak edə bilməyəcək.

Qeyd edək ki, dünən Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcəyi ilə bağlı məlumat yayılmışdı.скачать dle 12.1