Bia.Az

ÇAXAL-ın zərbələri: 1500 silahlı məhv edildi

Dünya
 10-10-2023, 11:43     321

İsrail ordusunun (ÇAXAL) “Dəmir qılnc” əməliyyatına başlamasından bəri İsrail ərazisində məhv edilən HƏMAS silahlılarının sayı 1500-ə çatıb.

Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus” İsrail ordusuna istinadla məlumat yayıb.

Bildirilib ki, İsrail ərazisində 1500 silahlının cəsədi tapılıb.

Qeyd edək ki, İsrail 7 oktyabrda HƏMAS-ın kütləvi hücumu ilə başlayan müharibədə indiyə qədər 123 hərbçi itirdiyini açıqlayıb. Eyni zamanda, ölkənin Livanla sərhədindəki toqquşmada da İsrail bir polkovnik-leytenantının həlak olduğunu təsdiqləyib.скачать dle 12.1