Bia.Az

Hakan Fidan Blinkenlə İsraili müzakirə etdi

Dünya
 8-10-2023, 01:41     522

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığında İsraildəki son vəziyyəti müzakirə edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin diplomatik mənbələri məlumat yayıb.

Qeyd edək ki, bundan öncə Hakan Fidan 5 ölkənin - Qətər, Səudiyyə Ərəbistanı, Misir, Fələstin və İranın xarici işlər nazirləri ilə regiondakı durumu müzakirə etmişdi.

Xatırladaq ki, HƏMAS “İslami-Cihad”la birgə ötən gün səhər saatlarından İsrailin cənub zonasına hücum edərək xeyli dinc sakini qətlə yetirib və girov götürüb. İsrailə 5 min, o cümlədən paytaxt Təl-Əvivə 150 raket atılıb.

İsrail ordusu cavab tədbirləri görür.скачать dle 12.1