Bia.Az

Netanyahu: “İsrail ordusu “HƏMAS”ı məhv etmək üçün var gücündən istifadə edəcək”

Dünya
 8-10-2023, 01:38     532

“İsrail ordusu Qəzza zolağında Fələstinin “HƏMAS” radikal təşkilatını məhv etmək üçün var gücündən istifadə edəcək”.

“Report” xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu televiziya ilə xalqa müraciətində deyib.

“Bütün hökumət qərarımı dəstəkləyir. İsrail ordusu “HƏMAS”ı məhv etmək üçün dərhal bütün gücünü işə salacaq. Biz İsrail üçün bu qara günün qisasını alacağıq”, - o deyib.

Onun sözlərinə görə, “HƏMAS” təşkilatına qarşı hərbi əməliyyatı uzun və mürəkkəb olacaq:

“Mən indi bütün İsrail vətəndaşlarına müraciət edirəm: biz bu müharibədə birlikdəyik, bu müharibə vaxt aparacaq, çətin olacaq. Bizi çətin günlər gözləyir, amma mən bir şeyə söz vermək istəyirəm: Allahın köməyi ilə, ümumi səylərimizlə, İsrailə olan inancımız sayəsində biz qalib gələcəyik”.скачать dle 12.1