Bia.Az

Makrondan ermənilərə növbəti mesajlar

Dünya
 25-09-2023, 01:30     344

"Rusiya Azərbaycanla həmrəydir, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Fransa isə Ermənistan xalqını dəstəkləyəcək".

Musavat.com erməni mediasına istinadən bildirir ki, belə bir iddia ilə Fransa Prezidenti Emmanuel Makron TF-1 telekanalının efirində çıxış edib. “İnterfaks” xəbər verir ki, Qarabağdakı vəziyyətdən danışan Makron Rusiyanın Azərbaycanı dəstəklədiyini əminliklə bildirib.Qeyd edib ki, Fransa Ermənistanın ərazi bütövlüyünü təmin etmək üçün son dərəcə diqqətlidir.

“Biz Ermənistana siyasi və humanitar dəstəyi davam etdirəcəyik", - Makron ermənilərə mesaj ünvanlayıb.скачать dle 12.1