Bia.Az

ETTELAAT: Azərbaycan vətəndaşları həbs edilib

Dünya
 18-08-2023, 16:00     257

İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) Şirazdakı Şah Çıraq ziyarətgahına silahlı hücumla bağlı yeni bəyanat yayıb.

Axar.az xəbər verir ki, bəyanatda hadisəyə görə 26 nəfərin həbs edildiyi bildirilib.

2022-ci ilin oktyabrın 26-sı və 13 avqust 2023-cü ildə Şah Çıraq ziyarətgahına silahlı hücumda iştirak etdiklərinə görə həbs edilən 26 nəfərin hamısının Azərbaycan, Tacikistan və Əfqanıstan vətəndaşları olduğu iddia edilib. Onların adları açıqlanmayıb.

ETTELAAT-ın bəyanatında 2022-ci ilin oktyabrından 2023-cü ilin avqustun birinci yarısına kimi ölkədə ümumilikdə 196 terrorçunun həbs edildiyi və ya zərərsizləşdirildiyi qeyd edilib.

Xatırladaq ki, avqustun 13-də İranın Şiraz şəhərinin Şah Çıraq ziyarətgahına edilən silahlı hücum nəticəsində 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb. İŞİD ziyarətgaha edilən hücumla bağlı məsuliyyəti öz üzərinə götürüb.скачать dle 12.1