Sumqayıtda mənzildə ər-arvadın meyiti tapıldı
Sumqayıtda mənzildə ər-arvad meyiti aşkarlanıb.
Axar.az Report-a istinadla xəbər verir ki, meyitləri aşkarlanan şəxslər 84 yaşlı Mamontov Aleksandr Alekseyeviç və onun həyat yoldaşı, 82 yaşlı Mamontova Lyubov Georgiyevnadır.
Ər-arvadın meyitləri dünən 2-ci mikrorayon, bina 6/11-də, yaşadıqları mənzildə aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.