Bia.Az

ABŞ-da baş verən atışmada beş nəfər öldü

Dünya
 28-04-2020, 10:24     507

ABŞ-da baş verən atışmada beş nəfər öldü
ABŞ-ın Viskonsin ştatında baş verən silahlı insident zamanı beş nəfər qətlə yetirilib.

“bia.az” “TASS”a istinadən xəbər verir ki, bu barədə “CBS” məlumat yayıb.

Qeyd olunub ki, ölən şəxslərin yaşı 14 ilə 41 arasındadır. Onların meyiti Milukoni şəhərindəki evlərin birində aşkarlanıb.

Polis atışmanın baş verməsi haqqında məlumat daxil olandan sonra həmin ərazidə yerləşən bir neçə küçəyə giriş və çıxışı bağlayıb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Hadisənin motivi haqqında hələ məlumat verilməyib.скачать dle 12.1