Bia.Az

Marneulidə bir qrup sakin etiraz aksiyası keçirib

Dünya
 27-04-2020, 16:25     459

Marneulidə bir qrup sakin etiraz aksiyası keçirib
Gürcüstanın Marneuli rayonunda bir qrup vətəndaş etiraz aksiyası keçirib.

“bia.az”in yerli bürosu xəbər verir ki, bələdiyyə binasının qarşısına toplaşan etirazçıların bir qismi ərzaq yardımı, digər qismi isə Tsalka rayonunda otlaq sahələrinə çıxmağa icazənin verilməsini tələb ediblər.

Marneulinin icra başçısı Zaur Darğallı aksiya iştirakçıları ilə görüşüb. O bildirib ki, rayonda sosial təminatsız ailələrə ərzaq yardımının paylanılması davam etdirilir: “Rayonda artıq 8000-ə yaxın şəxsə ərzaq yardımı göstərilib. Uşaq bağçalarında təlim-tərbiyə olunan 2145 uşağın ailəsinə də qida məhsulları təqdim edilib”.

Z.Darğallı qeyd edib ki. Tsalkada mal-qaranın otlaq sahələrinə aparılmasına icazə var: “Lakin otlaqdan qayıdan şəxslər ikihəftəlik karantin rejimindən sonra öz kəndlərinə qayıda bilərlər”.скачать dle 12.1