Bia.Az

Türkiyədə mayın sonunda turizm mövsümü açılır - “İsveç stolu”ndan imtina edilir

Dünya
 27-04-2020, 15:09     404

Türkiyədə mayın sonunda turizm mövsümü açılır - “İsveç stolu”ndan imtina edilirTürkiyə Turizm naziri Mehmet Ersoy may ayının sonunda ölkədə turizm mövsümünü açmaq niyyətində olduğunu açıqlayıb.

MK xəbər verir ki, o, yalnız “sağlamlıq sertifikatı” almış hotellərin işləyəcəyini bildirib.

Yeni qaydalara əsasən, hotellərdə mövcud olan otaqların yalnız yarısından istifadə edilməli və işçilər üçün gündəlik tibbi müayinələr keçirməlidir, bundan savayı, şəxsi qoruyucu vasitələrdən istifadə olunmalıdır.

Hotel restoranlarında sosial məsafəni qorumaq məqsədilə masaların sayı azaldılacaq. Eyni zamanda, “İsveç stolu”ndan imtina etmək qərara alınıb. Həmin qaydaların ölkənin digər iaşə və əyləncə məkanlarında da tətbiq olunacağı gözlənilir. Rusiya Turizm Operatorları Birliyinin verdiyi məlumata görə, məsafə qaydası çimərliklərə də şamil ediləcək.скачать dle 12.1