Bia.Az

SON DƏQİQƏ! Bu ölkənin hava məkanı BAĞLANDI - Hərbi müdaxilə TƏHLÜKƏSİ

Dünya
 7-08-2023, 17:57     299

Nigerdəki çevriliş idarəsi hərbi müdaxilə təhlükəsini əsas gətirərək ölkənin hava məkanını növbəti xəbərdarlığa qədər bağladıqlarını açıqlayıb.

Musavat.com xəbər verir ki, uçuş izləmə saytı Flightradar24-da əks olunan məlumatlara görə, hazırda Niger səmasında heç bir təyyarə yoxdur.
Xatırladaq ki, Qərbi Afrika ölkələri qrupu ECOWAS daha əvvəl dərc etdiyi bəyanatda Niger prezidenti Məhəmməd Bazumun hakimiyyəti bazar günü saat 23:00-a qədər bərpa edilməsə, güc tətbiq edilə biləcəyi barədə xəbərdarlıq etmişdi. Xunta sözçülərindən biri isə Niger silahlı qüvvələrinin ölkəni müdafiə etməyə hazır olduğunu bildirmişdi.

Bazum iyulun 26-da saxlanıb, bundan sonra Prezident Mühafizəsi Alayının komandiri, general Əbdürrəhman Çiani özünü ölkənin yeni lideri elan edib.

Hərbi çevriliş ölkənin keçmiş müstəmləkəçisi Fransa, eləcə də Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı və ABŞ tərəfindən pislənib.

Lakin xunta administrasiyası hakimiyyətdən getməklə bağlı heç bir mesaj vermir. скачать dle 12.1