Bia.Az

Hakan Fidandan SON DƏQİQƏ AÇIQLAMASI: Bu, strateji korluqdur!

Dünya
 7-08-2023, 17:20     271

"Türkiyənin Avropa İttifaqına üzvlük prosesinin uğursuzluğu strateji korluqdur. Bir daha vurğulamaq istərdik ki, Aİ Türkiyəsiz qlobal aktor ola bilməz".

Musavat.com xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan 14-cü Səfirlər Konfransındakı çıxışı zamanı deyib.

O bildirib ki, məqsəd Türkiyəni sistem qurucu bir ölkə etməkdir:

"Türk Əsrinə qədəm qoyuruq. Məqsədimiz Türkiyəni Türk Əsrində sistem qurucusu ölkə halına gətirməkdir. Qlobal ədalətsizlikləri aradan qaldıran, sülh, təhlükəsizlik və sabitlik yaradan, bütün dünyanı əhatə edən bir sistem qurmaq üçün digər ölkələrlə birlikdə çalışacağıq".

H. Fidan vurğulayıb ki, sülh və təhlükəsizliyin bərqərar olması üçün tədbirlər və təşəbbüslər gücləndiriləcək:

"Təhlükəsizliyə, sülhə və sabitliyə ən böyük təhlükə terror təşkilatlarıdır. Adı istər PKK, istərsə də FETÖ olsun, terror təşkilatlarının və onların arxasında duran qüvvələrin ölkəmizdə və bölgəmizdə göz açmasına imkan verməyəcəyik, onları heç bir yerə buraxmayacağıq, nəfəs aldırmayacağıq. Biz Ukrayna müharibəsinin bitməsi üçün səylərimizi davam etdirəcəyik. Qara dənizdə əmin-amanlığın təmin edilməsi bizim əsas prioritetimiz olacaq. Qara dəniz taxıl təşəbbüsünün canlandırılması üçün bütün tərəflərlə əlaqələrimizi davam etdirəcəyik. Bunu edə biləcək yeganə ölkə Türkiyədir".

XİN başçısının sözlərinə görə, Türkiyənin milli davası olan Kiprlə bağlı Ankaranın mövqeyi aydındır:

"Egey və Şərqi Aralıq dənizində maraqlarımızı həssaslıqla qorumağa davam edəcəyik. Yunanıstanla müsbət atmosferin davam etməsi üçün çalışacağıq. Yunanıstandan da eyni səmimiyyət gözləyirik.

Fələstində həll iki dövlətli həll olmalıdır. Biz bu vizyona xələl gətirən istənilən hərəkətə qarşı çıxacağıq.

Türkiyənin Avropa İttifaqına üzvlük prosesinin uğursuzluğu isə strateji korluqdur. Yeni dövrdə Türkiyə-Avropa İttifaqı münasibətlərinə uzaqgörən bir perspektivlə yanaşmaq və tamhüquqlu üzvlük perspektivi ilə prosesi canlandırmaq vacibdir. Bir daha vurğulamaq istərdik ki, Türkiyəsiz Aİ qlobal aktor ola bilməz”.скачать dle 12.1