Ukrayna müdafiə xəttini yarır: Ruslar geri çəkildi
Ukrayna ordusunun Zaporojye istiqamətində fasiləsiz hücumları davam edir. Kiyev bu istiqamətdə cəbhəni yarmaq üçün ehtiyat qüvvələr göndərir.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları yazıb.
Bildirilib ki, bütün gecə boyu Ukrayna ordusu Rabotino-Verbovoye istiqamətinə hücum üçün xeyli zirehli texnika göndərib.
Məlumata görə, Ukrayna ordusu itkilər hesabına ön xəndəklərdə möhkəmlənə bilib. Onlara qarşı Rusiya ordusunun 291-ci alayı və onlara yardım edən 70-ci alay döyüşür.
Rabotinoda ruslar ehtiyat mövqelərə çəkilib.
Rus hərbi jurnalistlərin məlumatına görə, Zaporojye istiqamətində vəziyyət həddən artıq gərgindir.