Bia.Az

Ən çox ziyan çəkən ruslardır: bəs, SES-i niyə dağıtdılar?

Dünya
 9-06-2023, 12:16     664

Təbii ki, rusiyalıların “Ukrayna ordusunun raketlər və bombalar vasitəsilə zərbələri nəticəsində su bəndi dağılıb” kimi iddiaları absurddan başqa bir şey deyil. Ukrayna ordusunun su bəndini dağıtmaq imkanları sıfra bərabərdir, çünki bu, texniki olaraq bu mümkün deyil.

Kaxovka SES-i birmənalı olaraq rusiyalılar tərəfindən partladılıb. Altına çox böyük həcmdə partlayıcı maddə yerləşdirilib və sonra partlayış baş verib. Nəticə göz qabağındadır.

Maraqlı məqam isə budur: Rusiyanın məqsədi nədir?

Düşünürəm ki, rusiyalılar həmişəki kimi hədə-qorxu məqsədilə kiçik partlayış törətmək istəyiblər, amma partlayıcı maddənin həcmini düzgün hesablamayıblar və yaxud bəndin daha güclü zərbəyə davam gətirə biləcəyini fikirləşiblər.

Partlayıcı maddənin həcmi həddindən artıq olduğuna görə partlayış zamanı dəhşətli böyük sunami qalxıb və bu sunami elektrostansiyaya yönələrək, onu məhv edib. Məhz elektrostansiyanın məhvi sonraki böyük dağıntılara səbəb oldu.

Rusiyalılar isə əslində su bəndində dəlik yaratmaq fikrindəydilər, nəticədə isə hər şey məhv oldu.

Rusiyalıların nəzarətində olan ərazilərə çox böyük ziyan dəyib, ABŞ-ın Müharibənin Araşdırmaları İnstitutunun (ISW) verdiyi məlumata əsasən, rusiyalıların bir çox mövqeyi suyun altında qalıb. Bu çox vacib məqamdır, ona görə ki, məhz həmin mövqelərdə rusiyalılar uzun müddət ərzində müdafiə xətti qurmuşdular.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı xəbər verir ki, Rusiya ordusunun 7-ci diviziyasında və 22-ci ordu korpusunda xidmət edən bir çox əsgər suyun altında qalaraq boğulublar və həmin ərazilərdə bir neçə silah-sursat anbarı məhv olub.
скачать dle 12.1