Bia.Az

COVID-19-dan daha dəhşətli: ÜST-dən qorxunc pandemiya mesajı

Dünya
 24-05-2023, 12:44     235

Dünya ölkələri yeni, COVID-19-dan daha dəhşətli pandemiyaya hazırlaşmalıdır.

Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrənin Cenevrə şəhərində keçirilən illik assambleyasında təşkilatın rəhbəri Tedros Gebreyesus bildirib.

O, koronavirusdan daha təhlükəli olacaq yeni bir pandemiya təhlükəsini proqnozlaşdırıb:

“Virusun yeni pandemiya dalğası və ölümlərə səbəb ola biləcək başqa bir variantının ortaya çıxmaq təhlükəsi qalmaqdadır. Bundan əlavə, daha ölümcül potensiala malik yeni patogenin yaranması təhlükəsi də var”, - deyə Rusiya mətbuatı Gebreyesusun sözlərindən sitat gətirib.

ÜST direktorunun sözlərinə görə, bütün dünya ölkələrinin səhiyyə xidmətləri yeni ölümcül təhlükə ilə mübarizəyə hazır olmalıdır.


Qeyd edək ki, ÜST bu ilin aprelində 2020-ci ildə tətbiq edilən COVID-19 qlobal pandemiya statusunu ləğv edib. Koronavirus pandemiyası dünyada demək olar ki, yeddi milyon insanın ölümünə səbəb olub. Təxminən 700 milyon insan isə COVID-ə yoluxub.
скачать dle 12.1