Bia.Az

Zelenskidən MÜHÜM QƏRAR - Rəsmən elan edildi

Dünya
 23-04-2023, 12:15     230

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun ehtiyaclarını ödəyən 322 müəssisəyə sanksiya tətbiq edildiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, o, Rusiyanı dəstəkləyənlərə və Rusiyanın təcavüzünə töhfə verənlərə qarşı 3 sanksiya paketinin qüvvəyə mindiyini bildirib.

Zelenski sanksiya paketinin Rusiya ordusunun hərbi ehtiyaclarını ödəyən hərbi sənaye müəssisələrinə yönəldiyini qeyd edib: “Bu dəfə sanksiya siyahılarına silah və komponent istehsal edən 322 şirkət əlavə edildi”.

Ukrayna lideri qeyd edib ki, digər iki sanksiya siyahısına Rusiyaya sanksiyalardan yayınmağa kömək edən fiziki və hüquqi şəxslər daxildir.
“Bu, müharibənin tezliklə bitməsi və bizim tez qələbəmiz üçün çalışanların ortaq məqsədlərindən biridir. Bu, Rusiyanın sanksiyalardan yan keçməsi üçün istənilən fürsəti aradan qaldırmaq məqsədi daşıyır” - Zelenski deyib.

Moskvanın sanksiyalardan yan keçmə planının müharibəyə vaxt əlavə etdiyini və fürsətlər təqdim etdiyini deyən Zelenski əlavə edib ki, Rusiyaya və bu ölkə ilə əlaqəli bütün insanlara, Rusiyanın müharibə iqtisadiyyatına qarşı nə qədər çox sanksiyalar tətbiq edilsə, Ukraynanın qələbəsi bir o qədər tez əldə olunacaq.скачать dle 12.1