Bia.Az

"Mənim gətirdiyim çadırlarda qalırsınız" - Bələdiyyə sədrinin dedikləri gündəm oldu - VİDEO

Dünya
 23-04-2023, 12:08     258

Kahramanmaraş bələdiyyə başçısı İbrahim Yılmazcan çadır şəhərciyini ziyarət edib.

Musavat.com xəbər verir ki, bələdiyyə başçısı zəlzələdən sağ çıxanların sərt reaksiyası ilə qarşılaşıb.

Bələdiyyə başçısı zəlzələ qurbanlarının "bu günə kimi harada idin" sualına qəribə cavab verib. 

"Mən olmasam bu çadırlarda qala bilərsiniz? Mənim  gətirdiyim çadırlarda qalırsınız. Əgər elədirsə mənim gətirdiyim çadırlarda qalma. Mən seçilmiş bələdiyyə sədriyəm. 18 min səs toplamışam",-deyə İbrahim Yılmazcan vətəndaşa sərt cavab verib. 
Sözügedən anlar sosial mediada da ciddi müzakirələrə yol açıb. 



скачать dle 12.1