Bia.Az

Fransada koronavirus qurbanlarının sayı 19 mini ötdü

Dünya
 19-04-2020, 12:16     308

Fransada koronavirus qurbanlarının sayı 19 mini ötdüFransada koronavirus qurbanlarının sayı artıb.

“bia.az” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinə tabe olan “Sante publique France” sanitar-tibb agentliyi bildirib.

Agentliyin məlumatına görə, ölkədə 19 323 nəfər koronavirusun qurbanı olub. Hazırda xəstəxanaların reanimasiya şöbələrində 5 833 nəfər müalicə edilir.

Qeyd edək ki, daha əvvəl Fransada 18 681 nəfərin COVID-19 pandemiyasının qurbanı olduğu bildirilirdi.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 292 000-i ötüb. Bunların 587 666 nəfəri sağalıb, 157 669 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.скачать dle 12.1