Bia.Az

Nyu-Yorkda bir gündə koronavirusdan 500-dən çox insan öldü

Dünya
 19-04-2020, 11:30     336

Nyu-Yorkda bir gündə koronavirusdan 500-dən çox insan öldüSon bir gün ərzində ABŞ-ın Nyu-York ştatında daha 2 000 nəfər koronavirus diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

“bia.az” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endrü Kuomo keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, son bir gündə ştatda virusdan 540 nəfər ölüb.

"Kədərli xəbərlər: təxminən 2 min insan xəstəxanalarımıza yerləşdirildi. Bu, böyük rəqəmdir - hər gün 2 min yeni xəstə”, - deyə qubernator qeyd edib.

O, bununla bağlı vəziyyətin pis olduğunu vurğulayıb.

"Və ən pis xəbərlər - ölümlərin sayı – 540-dır. Bu, əvvəlki kimi çox deyil. Amma 540 nəfər dünən öldü", - qubernator vurğulayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 292 000-i ötüb. Bunların 587 666 nəfəri sağalıb, 157 669 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.скачать dle 12.1