Bia.Az

Zelenski ilə Kılıçdaroğlunu nə birləşdirir?

Dünya
 8-04-2023, 16:49     207

Türkiyə müxalifəti ABŞ-la təmaslar çərçivəsində öhdəliklər götürüb; Ünal Çeviköz: “Rusiyaya NATO üzvü olduğumuzu xatırladacağıq”

Türkiyədə prezident və parlament seçkilərinə 1 aydan bir az çox vaxt qalır. Seçkidə ABŞ Ərdoğanın qələbəsini qətiyyən istəmir. Ona görə də Kiyevdə olduğu kimi, Ankarada da öz adamını hakimiyyətə gətirmək niyyətindədirlər ki, Qərbin Rusiyaya qarşı mübarizəsində iştirak etsin. Zelenski roluna artıq Türkiyə müxalifətindən vahid namizədi Kamal Kılıçdaroğlu seçilib. Musavat.com xəbər verir ki, bu barədə “Haber7” yazıb.
6423204781c5b6423204781c5c1680023623bb7bb42dee2fa486fe44736dd471859f.jpg (171 KB)
Bildirilir ki, Türkiyə müxalifəti ABŞ-la təmaslar çərçivəsində “Biz Zelenski rolunu oynamağa hazırıq” siqnalını verib. “Ukraynada məqsədinə nail ola bilməyən və Yaxın Şərqdə mövqelərini sürətlə itirən ABŞ Türkiyədə seçkilərdən sonrakı dövr üçün yeni variantlar axtarışındadır. Türkiyə müxalifəti qalib gəlsə, Vaşinqton Moskva ilə Ankara arasında, eləcə də Suriya, Qara dəniz və Mərkəzi Asiyada gərginlik yaratmağı planlaşdırır. Bunun üçün Türkiyənin müxalifət koalisiyasına Zelenski rolunu üzərinə götürmək tapşırılıb. Müxalifət koalisiyasının Türkiyədəki tərəfdaşlarının açıqlamalarına diqqət çəkən ekspertlər Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun ABŞ-a müəmmalı səfəri zamanı çıxışlarını xatırladıblar. Belə ki, mənbələr CHP liderinin bu sözlərini qeyd edir: “Hesab edirik ki, Rusiya ilə hərbi münaqişəsində biz Ukraynanın tərəfində olmalıyıq”. Analitiklərin fikrincə, bu, ABŞ və NATO-ya açıq mesajdır, Rusiyaya qarşı mövqe tutacaqları öhdəliyidir.
kapak_174926.jpeg (32 KB)
Ekspertlər Kılıçdaroğlunun baş müşaviri Ünal Çeviközün Amerikanın “Politico” jurnalına verdiyi müsahibədə “Rusiyaya Şimali Atlantika Alyansının üzvü olduğumuzu xatırladacağıq” sözlərinə də diqqət çəkirlər. Müxalifət koalisiyasının digər tərəfdaşları da regiona ABŞ-ın planları prizmasından baxırlar. Belə ki, Türkiyənin İYİ partiyasının başqanı Meral Akşener də Rusiyaya meydan oxuyub: “Ukraynanın igid oğullarını hörmətlə salamlayıram”.
altili-masa.jpg (99 KB)
Müxalifət koalisiyasının digər ortağı, DEVA rəhbəri Əli Babacan isə deyib: “Biz qeyd-şərtsiz Ukrayna xalqını dəstəkləyirik. İqtidar Ukrayna ilə bağlı dəqiq mövqe nümayiş etdirə bilmədi”. Onlar israrla vurğulayırlar ki, Ankara Rusiya-Ukrayna gərginliyi şəraitində Kiyevi dəstəkləməlidir. Görünür, onlar ABŞ qarşısında öhdəlik götürüblər. Türkiyəni Rusiyaya qarşı qoymaq planını işə salmağa cəhd edilir. Bu, Türkiyə üçün çox təhlükəlidir” deyə, “Haber7” bildirir.
“ABŞ Türkiyə ilə Rusiya arasında gərginliyi qızışdırmağa, Montrö Konvensiyasından yan keçərək Qara dənizə girməyə ümid edir. Müxalifət koalisiyası hakimiyyətə gəlsə və Rusiya ilə konfliktə girsə, nə olacaq? Hökumət NATO-dan kömək istəyəcək və Alyans Qara dənizə də daxil olacaq” deyə, yazında vurğulanır./Musavat.com/скачать dle 12.1