Bia.Az

Ərini göstər, kim olduğunu deyim - xanım siyasətçilərin həyat yoldaşları…

Dünya
 8-04-2023, 13:23     197

Hazırda dünyanın gərgin gündəmində qadın siyasətçiləri də fəaldır. Musavat.com kişi siyasətçilərdən geridə qalmayan  vəzifəli qadınların həyat yoldaşları, onların sevgi tarixçələri haqda məlumatları oxuculara təqdim edir. 

“Ögey ana”-  Kamala Harris
Amerikanın ən nüfuzlu qadınlarından biri olan vitse-prezident Kamala Harris öz həyat yoldaşı ilə  gec tanış olub. Kaliforniyalı vəkil Duqlas Emhoff  ABŞ-ın gələcək vitse-prezidenti ilə 2013-cü ildən görüşməyə başlayıb. Beş ay sonra Harrisə almaz üzük bağışlayıb və bir neçə ay sonra cütlük münasibətlərini rəsmiləşdirib. Emhoffun ilk nikahdan iki usağı  var və Kamila onları öz övladı kimi qəbul edib.
Vitse-prezident deyir ki, evlənəndən sonra  uşaqlar ona “ögey ana” deyil, “Momala” adı  veriblər.  Harris Emhoffun keçmiş həyat yoldaşı ilə dost olduğunu da deyib.  
Kamala Harris vitse-prezident olduqdan sonra Duqlasa wife-guy- yəni “şöhrətli arvadına görə olan tanınan kişi” ləqəbi verilib. Duqlas Emhoff Amerika nümayəndə heyətlərinə bir sıra diplomatik tədbirlərində iştirak edir, Tokioda Paralimpiya Oyunlarının açılış mərasimində isə ABŞ nümayəndə heyətinə rəhbərlik edib.
2.JPG (43 KB)
Finlandiya baş nazirinin futbolçu əri  
Finlandiyanın baş naziri postunu tezliklə tərk edəcək Sanna Marinin dünyanın ən gənc hökumət başçısı kimi tarixə düşüb. 2019-cu ildə bu vəzifəni icra etməyə başlayanda cəmi 34 yaşı vardı.
Sanna Marininin keçmiş futbolçu Markus Raikonnen ilə 20 ilə yaxın münasibətdə olsa da, cütlük həyatlarını  2020-ci ildə rəsmi olaraq birləşdiriblər. Onlar 18 yaşında ikən orta məktəbdə tanış olub və o vaxtdan heç ayrılmayıblar.  
İndi Raikonnen bizneslə məşğuldur, Tampere Marketinq Akademiyasının kommunikasiyalar üzrə direktoru vəzifəsində çalışır. 5 yaşlı qızı Emmanın əsas tərbiyəçisi və dayəsi də hələ ki, əridir.  Markus bu səbəbdən atalıq məzuniyyətindədir.  
İtaliyanın baş nazirin bananı…
3.JPG (56 KB)
Giorgia Meloni də ölkənin ilk qadın baş naziri kimi tarixə düşüb.  
Baş naziri əri  “TGcom24” kanalının aparıcısı Andrea Giambrunodur. Onlar da 2014-cü ildə verilişlərdən birində tanış olublar. Tanışlıq tarixçələri də gülməli başlayıb. Efirdə qonaq olan siyasətçi xanım reklam fasiləsində tez banan yemək qərarına gəlib, lakin onu bitirməyə vaxt tapmadan efir başlayıb.  Melonini tamaşaçı qarşısında gülünc vəziyyətdən indiki əri xilas edib.  Saniyələr qalmış bananı Melonin əlindən qoparıb. 2016-cı ilin yanvarında eynicinsli cütlüklər tərəfindən uşaqların övladlığa götürülməsinin qanuniləşdirilməsinə qarşı keçirilən mitinq zamanı Meloni vətəndaş nigahında olduğu teleaparıcıdan hamilə olduğunu elan edib. Sentyabr ayında onların qızı dünyaya gəlib.
“O, fantastik atadır, əsl atadır.  Qızım ilə çox vaxt keçirir. Biz bir-birimizə kömək edirik, bir-birimizi tamamlayırıq” deyə, Meloni həyat yoldaşını hər imkanda tərifləyir.   

7 uşaq anası  Ursula Fon der Lyayen
4fdfd.JPG (41 KB)
Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen 
sevgisini tələbəlik illərində, Hannover Tibb Məktəbində oxuyarkən tapıb. Orada aristokrat Lyayen  ailəsindən olan gələcək əri Heiko ilə tanış olub. Tanışlığa Ursulanın özü başlayıb. Məktəbin dayanacağında  maşınının təkərini dəyişən gənc Heikoya yaxınlaşıb kömək etməyi təklif edib. Heiko köməkdən imtina edib, amma ertəsi gün özü yeməkxanada bu nazik davranışlı qıza yaxınlaşıb.
Onlar 1986-cı ildə evləniblər və hər ikisi həkimlik karyerasına başlayıblar. Ursula ginekoloq, Heiko kardioloqdur. Lakin onlar nəsil artımını da unutmayıblar:  Çütlüyün iki oğlu və beş qızı var.  
Avropa Komissiyasının rəhbəri  deyir ki, ev sadəcə, səssiz qala biləcəyi yeganə yerdir. “Həyat yoldaşımla uzun illər yaşadıqdan sonra bir-birimizi sözsüz başa düşürük " Ursula deyib. 
2020-ci ilin dekabrından Heiko Amerikanın   “Orgenesis Inc” şirkətinin direktoru vəzifəsində çalışırdı. Keçən ilin sonunda bir sıra Avropa Parlamentinin deputatlarının  ələ alınmasında  bu şirkətin də adı hallanıb.  Nəticədə Heiko vəzifəsini tərk etmək məcburiyyətində qaldı.  
11 illik evlilikdən sonra ayrılıq-Danimarkanın baş naziri
5fgdg.JPG (60 KB)
Danimarkanın baş naziri Mette Frederiksenin 11 il  Danimarka Əczaçılar Assosiasiyasının direktoru Erik Harrla xoşbəxt evililikləri olub . Cütlüyün bir oğlu və qızı  var. 2014-cü ilin yazında ailə qəfil dağılıb və bir müddət sonra xanım Frederiksen məşhur danimarkalı kino- operator Bo Tenqberqlə həyatını birləşdirib.  
Bo Tenqberq siyasətçi xanımının kölgəsində qalmamağa və öz karyerasını davam etdirməyə üstünlük verib. Bununla belə,  seçki kampaniyasında xanımını dəstəkləmək üçün bir neçə çıxış edib. 
Orxan ƏLİYEV, 
Musavat.com 
скачать dle 12.1